CTAM gürcü dili kurslarına start verir
“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzi Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti və Geomedi Universitetinin elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Nino Tsixişvilinin iştirakı ilə gürcü dili kurslarına yenidən start verir.
Tədris proqramı gürcü dilini öyrənmək istəyən şəxslərin ilkin biliklərini formalaşdırmaq və mövcud bilik səviyyəsini inkişaf etdirmək məqsədilə hazırlanmışdır. Üç ay davam edəcək kurslar müasir və interaktiv metodlara əsaslanaraq onlayn formatda ödənişli əsaslarla təşkil olunacaqdır.
Proqram çərçivəsində iştirakçılar gürcü dilinin qrammatik əsasları və leksik bazasını mənimsəyəcək, praktik danışıq və ünsiyyət bacarıqlarını inkişaf etdirəcək, eyni zamanda, Gürcüstan ədəbiyyatı və mədəniyyəti barədə məlumat əldə edəcəklər.
Kursla bağlı ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün aşağıdakı əlaqə vasitələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz: